25 mart 2012 18:16
Əsgər Abdullayev: Rəvanla oynamaq asan deyil
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 25-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 2:1 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları dilə gətirib:
“Oyundan öncə heyətlə bağlı müəyyən problemlərimiz var idi. Aftandil Hacıyevin olmaması bizə müəyyən qədər çətinlik yaradırdı. Rəqibimiz öz oyun üslubu olan komandadı. “Rəvan”la oynamaq asan deyil. İlk qolu qapımızdan buraxsaq da, uşaqlar psixoloji cəhətdən sınmadı. Əzmkar oyun göstərib iki qol vura bildik. Yaxşı oyuna görə komandama təşəkkür edirəm”.
