25 mart 2012 18:21
“Mərkəz müdafiəçilərinin olmaması özünü buraxdığımız qollarda göstərdi”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 25-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Turan” komandasının baş məşqçisini qələbə münasibətilə təbrik edirəm. Mərkəz müdafiəçilərimizin olmaması özünü buraxdığımız qollarda göstərdi. Normal oyun göstərdik, qol imkanlarımız da oldu. Təəssüf ki, məğlub olduq”.
