25 mart 2012 19:32
Rusiya yığmasının baş məşqçisi Bakıda mətbuat konfranı keçirəcək
Martın 26-da, saat 10:45-də, Sərhədçi Olimpiya İdman Mərkəzində futzal üzrə Rusiya millisinin baş məşqçisi Sergey Skoroviçin mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, saat 12:00-da isə həmin məkanda Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi, məşqdən sonra baş məşqçi Joze Alesio Da Silvanın mətbuat konfransı olacaq.
Xatırladaq ki, martın 27-də, saat 21:00-da, Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan və Rusiya milliləri arasında futzal üzrə dünya çempionatının play-off mərhələsinin ilk oyunu keçiriləcək.
