26 mart 2012 00:04
Sumqayıt Premyer Liqada qalmaq istəmir?
Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tur da arxada qaldı. Azerisport.az xəbər verir ki, daha prinsipial oyunları ilk oyun günündə baş tutan hesabat turunun son günü iki görüş keçirildi.
Son turda turnir cədvəlinin zirzəmisinə yuvarlanan "Sumqayıt" "Simurq"la ev oyununda yenidən əvvəlki mövqeyini qaytarmaq istəyirdi. Amma bu, heç də asan olmayacaqdı. Qış fasiləsindən sonra bir qayda olaraq məğlubiyyətləri sıralayan Bernard Raabın komandası “Simurq”la təsnifat mərhələsindəki görüşlərin hər ikisində 0:1 hesabıyla uduzmuşdu.
Elə bu dəfə də fərqli bir şey baş vermədi. Qonaqların vurduğu iki qola meydan sahibləri yalnız son saniyələrdə vurulan təsəlli qolu ilə cavab verə bildilər. Amma təbii ki, bu, məğlubiyyətdən və son pillədən çıxmağa yetərli olmadı. Əksinə, Sumqayıt təmsilçisi əsas rəqiblərindən birinə də uduzmaqla vəziyyətini daha da pisləşdirmiş oldu. Eyni gündə meydana çıxan “Turan”ın daha bir qələbə qazanaraq, xal fərqini artırması “Sumqayıt”a növbəti zərbə oldu.
Ötən tur məhz “Sumqayıt”ı son pilləyə yuvarlatmaqla bir qədər özünə gələn "Turan" bu turda da "Rəvan"la qarşılaşırdı. Paytaxt klubu ikinci altılığın zirvəsini buraxmamaq üçün yenə qələbə qazanmaq istəyirdi. Amma bunu Tovuzda həyata keçirmək heç də asan olmayacaqdı. Düzdü, təsnifat mərhələsində “Rəvan” bu rəqibini səfərdə 1:0 hesabıyla, doğma divarlar arasında isə 2:1 yenməyi bacarmışdı. Bu dəfə isə Tovuz klubu qisas almaq və son pillədən qaçmaq istəyirdi.
Matçın ilk yarısının sonlarında hesabı qonaqların açması belə düşünməyə əsas verə bilərdi ki, “Turan”ın bu dəfə qələbə qazanması mümkün olmayacaq. Amma elə fasilə ərəfəsində - buraxılan qoldan saniyələr sonra hesabı bərabərləşdirən tovuzlular ikinci yarıda qələbə qolunu da vurmağa nail oldular. Paytaxt klubu isə matçın sonlarında azlıqda qaldıqdan sonra məğlubiyyətdən qaçmaq şanslarını daha da azaltdılar. Beləcə, “Rəvan” ötən tur yüksəldiyi 7-ci pilləni bu tur əldən vermuş oldu. “Turan” isə artıq son pillədəki “Sumqayıt”dan 3 xal qabaqdadı və indi özündən öndə qərarlaşan “Simurq”a çatmaq arzusundadı. Bir sözlə, “Turan” sərgilədiyi oyun və qazandığı nəticələrlə müəyyən ümid yaratsa da, “Sumqayıt”ın heç vəchlə uğursuz zolaqdan çıxa bilməməsi bu komandanın elitayla vidalaşmasına doğru aparır.
TURAN – RƏVAN – 2:1 (1:1)
Qollar: Taqim Novruzov, 45-pen (0:1), Azər Məmmədov, 45+1 (1:1), Georgi Beriaşvi, 58 (2:1)
Vərəqələr: Azər Məmmədov, 39 (bilərəkdən topa əllə oyun), Aleksandr Qoqoberişvili, 45 (qeyri-idman hərəkəti), Anar Nəzirov, 84 (oyunun bərpasını gecikdirdiyinə görə), Georgi Beriaşvili, 85 (qeyri-idman hərəkəti) - Taqim Novruzov, 16 (bilərəkdən topa əl ilə oyun); 73 (qeyri-idman hərəkəti) – sarı. Taqim Novruzov, 73 (qeyri-idman hərəkəti) – qırmızı.
Hakimlər: Elvin Əsgərov, Rahid Ramazanov, Munis Abdullayev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
25 mart 2012. Tovuz. Şəhər stadionu. 1500 tamaşaçı.
Turan: 1. Anar Nəzirov (k), 9. Xəyal Qarayev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 18. Hafiz Əliyev, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 24. Dan Pisla (7. Fərmayıl Əliyev, 62), 25. Muammer Erdoğdu, 32. Cavid Tağıyev (8. Asəf Qədiri, 90+3), 33. Rəşid Həsənov (10. Nadir Nəbiyev, 56).
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 6. Ruslan Namazov, 22. Cavad Mirzəyev, 29. Seidu Salifu.
Baş məşqçi: Əsgər Abdullayev.
Rəvan: 12. Davud Kərimi, 5. Natiq Kərimi, 6. Taqim Novruzov, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç (9. Vüsal Qarayev, 75), 11. Şeriff Suma (22. Amid Hüseynov, 87), 13. Fərid Həşimzadə, 17. Ramazan Abbasov (k), 18. Samuel Barlay, 20. Kristian Torres, 25. Ramil Nuriyev (14. Sergey Artyux, 60).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 3. Miloş Zeçeviç, 14. Sergey Artyux, 15. Tural Cəlilov, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
SUMQAYIT - SİMURQ - 1:2 (0:1)
Qollar: Daniel Genov, 4 (0:1), Anatoli Doroş, 52 (0:2), Yasin Abbasov, 90+2 (1:2)
Hakimlər: Rauf Cabbarov, Aleksandr Musatkin, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Vərəqələr: Samir Abbasov, 38 (hakimin qərarına etiraz), Yasin Abbasov, 58 (kobud oyun), Ramil Haşımzadə, 85 (kobud oyun) - İqor Tarasov, 32 (rəqibə badalaq), Vidas Alunderis, 90+1 (hakimin qərarına etiraz), Ruhid Usubov, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
25 mart 2012. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 600 tamaşaçı.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
Sumqayıt: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 16. Hacı Əhmədov, 52. Bədavi Hüseynov, 77. Bəxtiyar Həsənalızadə (91. Ruslan Qurbanov, 55), 4. Samir Abbasov (k), 8. Emin Mustafayev (11. Kamil Nurəhmədov, 65), 7. Mahmud Qurbanov, 27. Ramil Haşımzadə, 76. Uğur Pamuk (19. Orxan Əliyev, 75), 90. Yasin Abbasov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Tərlan Quliyev, 47. Abdulla Abatsıyev, 70. Şamil Camaləddinov.
Baş məşqçi: Bernard Raab.
Simurq: 32. Dmitri Kramarenko (k), 13. Aleksandr Şemonayev, 79. Vidas Alunderis, 2. İlkin Qırtımov, 29. İqor Tarasov, 28. Rüstəm Abbasov, 8. Qərib İbrahimov (6. Mikayıl Rəhimov, 87), 7. Ruslan Poladov, 21. Emin Cəfərquliyev (15. Nicat Qurbanov, 77), 77. Daniel Genov, 19. Anatoli Doroş (23. Ruhid Usubov, 90+1).
Simurq: 32. Dmitri Kramarenko (k), 13. Aleksandr Şemonayev, 79. Vidas Alunderis, 2. İlkin Qırtımov, 29. İqor Tarasov, 28. Rüstəm Abbasov, 8. Qərib İbrahimov (6. Mikayıl Rəhimov, 87), 7. Ruslan Poladov, 21. Emin Cəfərquliyev (15. Nicat Qurbanov, 77), 77. Daniel Genov, 19. Anatoli Doroş (23. Ruhid Usubov, 90+1).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 10. Tofiq Mikayılov, 5. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilmişdi: "Qəbələ" - "İnter" – 2:1, "Neftçi" - "Xəzər Lənkəran" – 1:1, "Bakı" - "Qarabağ" – 1:2, AZAL - "Kəpəz" – 2:0.
|
1
|
Neftçi
|
25
|
17
|
2
|
6
|
49 - 23
|
26
|
53
|
|
2
|
Qarabağ
|
25
|
14
|
6
|
5
|
31 - 16
|
15
|
48
|
|
3
|
İnter
|
25
|
14
|
6
|
5
|
24 - 14
|
10
|
48
|
|
4
|
Xəzər L
|
25
|
13
|
6
|
6
|
34 - 22
|
12
|
45
|
|
5
|
Qəbələ
|
25
|
12
|
6
|
7
|
34 - 26
|
8
|
42
|
|
6
|
Bakı
|
25
|
11
|
5
|
9
|
29 - 25
|
4
|
38
|
|
1
|
AZAL
|
25
|
9
|
5
|
11
|
37 - 40
|
-3
|
32
|
|
2
|
Rəvan
|
25
|
8
|
7
|
10
|
27 - 31
|
-4
|
31
|
|
3
|
Kəpəz
|
25
|
7
|
5
|
13
|
31 - 42
|
-11
|
26
|
|
4
|
Simurq
|
25
|
6
|
6
|
13
|
22 - 37
|
-15
|
24
|
|
5
|
Turan
|
25
|
5
|
3
|
17
|
19 - 35
|
-16
|
18
|
|
6
|
Sumqayıt
|
25
|
4
|
3
|
18
|
18 - 44
|
-26
|
15
|
Bombardirlər:
14 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL), Yuri Fomenko (Kəpəz)
