25 mart 2012 00:11
Yığma komandamız iki cavabsız qolla qələbə qazandı
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi “Neftçi” klubunun 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası olub.
Yığmamız Nicat Abbasov və Elvin Nəsibovun vurduğu qollar sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.
