25 mart 2012 11:46
“Xəzər Lənkəranın bir problemi var”
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Premyer Liqanın 25-ci turunun “Neftçi” ilə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” ilə heç-heçəni necə dəyərləndirərdiz?
- Heç də pis nəticə deyil. Amma qələbə üçün gəlmişdik. Lakin hər halda bu, 0:5 uduzmaqdan yaxşıdı. Əgər ilk hissədə buraxdığımız axmaq qol olmasaydı, hər şey fərqli olacaqdı.
- Heç də pis nəticə deyil. Amma qələbə üçün gəlmişdik. Lakin hər halda bu, 0:5 uduzmaqdan yaxşıdı. Əgər ilk hissədə buraxdığımız axmaq qol olmasaydı, hər şey fərqli olacaqdı.
- Komandanız qələbə üçün nə etdi?
- Biz bu oyunda pis görünmürdük. Ən azından son oyunlarla müqayisədə bir qədər inamlı çıxış etdik. Daha artığına ümid edə bilərdik, nəinki heç-heçəyə. Ələ düşən imkanlarımızdan lazımınca yararlana bilmədik.

- Komanda yoldaşlarınız qapınıza təyin olunan penalti ilə bağlı hakimlə çox mübahisə etdi. Sizcə, orda penalti yox idi?
- Bu barədə danışmaq istəmirəm. Çünki həmin epizodu görməmişəm. Özü də bu, artıq heç bir əhəmiyyət kəsb etmir. Çünki Flavinyo onsuz da bu şansdan yararlana bilmədi. O, həmin epizodda dəqiq oynasaydı, bizim məğlubiyyətdən qurtulmağımız çətin olacaqdı.

- Komandanız yenə qələbə qazana bilmədi...
- Son dövrlər bizim qətiyyən bəxtimiz gətirmir. Amma çalışmalarımız davam edir. Hər oyunda var gücümüzü meydana qoyuruq. Təəssüf ki, bu, hələ nəticə vermir.
- Bəlkə komandada nəsə problem var...
- Problem yalnız ondan ibarətdi ki, biz qələbə qazana bilmirik. “Xəzər Lənkəran”ın başqa problemi yoxdu. Bir qələbə hər şeyin yaxşıya doğru dəyişməsinə gətirib çıxaracaq. Biz də, azarkeşlərimiz də komandanın qələbə qazanmasını çox istəyir. Belə davam edəcəyi halda turnir cədvəlindəki vəziyyətimiz daha da pisləşəcək.
- Növbəti turda sizi daha bir əsas rəqibiniz – “İnter”lə oyun gözləyir...
- Bu da çox vacib oyundu. “İnter” ciddi rəqibdi. Amma biz qələbə qazanmağa başlamalıyıq. Bunu mütləq etmək lazımdı ki, komandadakı atmosfer daha da yaxşılaşsın. Hələ vəziyyətimiz o qədər də ağlamalı deyil.