26 mart 2012 13:05
Kubok oyunlarının proqramı açıqlandı
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların 1/4 final mərhələsinin cavab oyunlarının başlama vaxtı açıqlanıb. Azerisport.az həmin oyunların proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, bütün oyunları eyni gündə keçiriləcək. İlk olaraq "Qarabağ"la "Qəbələ" yarımfinala kimin çıxacağını müəyyənləşdirəcək.
Ardından AZAL - "Bakı" və "Neftçi" - "Kəpəz" görüşləri keçiriləcək. Ən sonda isə "Xəzər Lənkəran"la "İnter" münasibətlərinə aydınlıq gətirəcəklər.
Azərbaycan kuboku
1/4 final (cavab oyunları)
28 mart (çərşənbə)
Qarabağ - Qəbələ
Quzanlı qəsəbə stadionu. Saat 15:00
AZAL - Bakı
AZAL Arena. Saat 16:00
Neftçi" - Kəpəz
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00
Xəzər Lənkəran - İnter
Lənkəran şəhər stadionu. Saat 18:00
