26 mart 2012 13:26
Qarabağ Ağdama tam heyətlə yollandı
“Qarabağ” Ağdama yollanıb. Azerisport.az xəbər verir ki, ölkə kubokunun 1/4 final mərhələsinin cavab mərhələsində “Qəbələ”ni qəbul edəcək komanda bu gün yola düşüb.
Martın 28-də ilk oyunda qeydə alınmış 2:2-nin revanşına çıxacaq komanda səfərə tam heyətlə yollanıb. “Qarabağ” “Qəbələ”ylə oyundan sonra geri dönməyəcək. Aprelin 1-də lider “Neftçi”ni çempionat çərçivəsində qəbul edəcək ağdamlılar elə həmin oyunun hazırlıqlarını da Ağdamda davam etdirəcək.
Qeyd edək ki, “Qarabağ”la “Qəbələ” arasında baş tutacaq kubokun ¼ final mərhələsinin cavab görüşü martın 28-də, saat 15:00-da baş tutacaq.
