26 mart 2012 15:21
“Böyükağa Hacıyevin qərarlarına həmişə hörmətlə yanaşıram”
"Neftçi"nin futbolçusu Rəşad Abdullayev "Xəzər Lənkəran"la oyun haqqında danışıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Xəzər Lənkəran"la oyunda 70 dəqiqə meydanda oldum. Çıxışıma məşqçilər qiymət verir. Əgər əvəzlənmişəmsə deməli buna ehtiyac olub. Sadəcə hamı kimi mən də belə vacib oyunda 90 dəqiqə meydanda olub komandamıza kömək etmək istəyirdim. Baş məşqçimiz Böyükağa Hacıyevin qərarlarına həmişə hörmətlə yanaşıram. O, güclü mütəxəssis olmaqla yanaşı həm də yaxşı psixoloqdu. Bir sözlə əla kollektivə malikik. İnanıram ki, mövsümün sonunda çempionluğu biz bayram edəcəyik".
