26 mart 2012 19:34

Azərbaycan kuboku: tarixə səyahət

Martın 28-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytı bu mərhələdə üz-üzə gələn komandaların ölkəkubokunda baş tutan əvvəlki oyunlarının balansını tərtib edib.
 
Burada komandaların indiki və əvvəlki adları altında yalnız kubok görüşləri əks olunub.

1/4 final, cavab oyunları

28 mart (çərşənbə)

AZAL - "Bakı"

+0=1-2, top fərqi – 1:6

AZAL “Bakı” ilə keçirəcəyi 4-cü paytaxt derbisinə qədər qələbə həsrətindədir. Səfərdəki görüşlərdə 3 qol buraxıb uduzan “təyyarəçilər” öz meydanlarında ilk üçün çalışacaq.
 
2005/06 1/8 final Olimpik (Bakı) – Bakı 0:0, 0:3
2011/12 1/4 final Bakı – AZAL (Bakı) 3:1
 
"Qarabağ" - "Qəbələ"
+0=1-0, top fərqi – 2:2

İlk dəfə cari mövsüm üz-üzə gələn rəqiblərin Qəbələdəki görüşü məhsuldarlığı ilədiqqət çəkmişdi. Hər 2 komanda duellərdə ilk qələbənin müəllifi olmaq əzmindədir.
 
2011/12 1/4 final Qəbələ - Qarabağ(Ağdam) 2:2
 
"Xəzər Lənkəran" - "İnter"
+3=2-2, top fərqi – 9:7

8-ci dəfə kubokda üz-üzə gələn rəqiblərin duelində qonaqlar şəxsi görüşlərin nisbətində tarazlıq yaratmağa, meydan sahibləri isə fərqi artırmağa çalışacaq. Yarımfinalçının adı da məhz kimin arzusunu reallaşdıracağından asılıdır. Lakin bakılılar mərhələ adlamaq üçün heç-heçə ilə də kifayətlənə bilər.
 
2004/05 1/2 final İnter (Bakı) - Xəzər-Lənkəran 2:1, 1:1
2006/07 1/2 final İnter (Bakı) - Xəzər-Lənkəran 0:1, 0:1
2007/08 final Xəzər-Lənkəran - İnter (Bakı) 2:0, əlavə vaxtda
2010/11 final Xəzər Lənkəran - İnter (Bakı) 1:1, pen. 4:2
2011/12 1/4 final İnter (Bakı) - Xəzər-Lənkəran 3:2
 
"Neftçi" - "Kəpəz"
+5=1-4, top fərqi – 13:9

Son 4 görüşdə rəqibinə qalib gələn “Neftçi” “Kəpəz”lə 11-ci qarşılaşmaya üstün durumda çıxacaq. Düzdür, bakılılar cəmi 1 qələbə artıq qazanıb. Lakin gəncəlilər ardıcıl 4 dəfə uduzduğu rəqibini sonuncu dəfə 12 il əvvəl üstələyə bilib.
 
1995/96 1/4 final Kəpəz (Gəncə) -Neftçi (Bakı) 1:0, 0:2
1997/98 1/2 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:2, 1:2
1999/2000 1/2 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:0, 0:0
2000/01 1/4 final Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:0, 3:1
2010/11 1/8 final Gəncə - Neftçi (Bakı) 1:3
2011/12 1/4 final Kəpəz (Gəncə) - Neftçi (Bakı) 1:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.