26 mart 2012 19:43
Türkiyə mətbuatı Amitin oyununa qiymət verdi
Türkiyə mətbuatı gənclərdən ibarət yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, səfərdə “Akhisar Belediyespor” ilə qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü orta qiymətə layiq görülüb.
Belə ki, türkiyəli həmkarlarımız Amitə 4 bal veriblər. Quluzadə ilə yanaşı əksər futbolçular da 4 balla qiymətləndirilib. Yerdə qalan oyunçular isə daha yaxşı bala layiq görülüblər.
Xatırladaq ki, Amit bu oyunda 72 dəqiqə meydanda olub. Komandası isə məğlubiyyətlə barışmalı olub – 0:2.
Erciyesspor: Emrullah (4), Volkan (5), Silla (4) (Ramazan, 85 – qiymətsiz), Cemil (4), Orhan (5), Mehmet Ayaz (5), Serkan (4), Amit Quluzadə (4) (Metin, 72 - 4), Berk (4), Kemal (5) (Cenk, 87 – qiymətsiz), Fatih (5).
