26 mart 2012 19:50
Millimizin hücumçusu qələbəyə sevindi
Futbol üzrə Latviya çempionatında ilk turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, mövsümün açılış oyununda Azərbaycan millisinin hücumçusu Vüqar Əsgərov da forma geyib.
Onun şərəfini qoruduğu “Metallurg” səfərdə “Yelqava” ilə qarşılaşıb. Görüş həmyerlimizin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüqar meydana matçın 90+2-ci dəqiqəsində çıxıb. O, ikinci qolun müəllifi Valeri Afanasyevi əvəzləyib.
