27 mart 2012 00:10

Neftçi XL-la oyunun hakimliyindən narazıdı (VİDEO)

“Neftçi” Premyer Liqanın 25-ci turunun “Xəzər Lənkəran”la oyununda (1:1) hakim idarəçiliyindən narazı qalıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu bununla bağlı rəsmi saytında açıqlama və video yayımlayıb.
 
Həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq:

“Əfsus ki, "Neftçi"-"Xəzər Lənkəran" matçından sonra, oyunun baş hakimi Əliyar Ağayevin "Neftçi"yə "kömək" etməsi ilə bağlı ictimaiyyətə şaiyələr sızmağa başladı. Qarşılaşmanı canlı izləyən futbolsevərlər və televiziya tamaşaçıları bu şaiyənin həqiqətə uyğun olmadığını gördü. Matçın 17-ci dəqiqəsində rəqib futbolçu İ.Mitreskiyə qəsdən zərbə endirir. Bu epizodun təkrarından da açıq-aydın görünür. Bununla belə baş hakim Əliyar Ağayev vərəqə göstərməyə ehtiyac duymur. 28-ci dəqiqədə Rail Məlikova qarşı kobudluq edən Sadio Tounkara daha sonra baş hakimə əl-qol ataraq etiraz edir amma Əlyar Ağayev bu dəfə də futbolçunu cəzalandırmır. Oxşar hallar 42, 72, 76 və 85-ci dəqiqələrdə də təkrarlanır. Belə olan halda Əliyar Ağayevin "Neftçi"yə hansı köməyindən danışmaq olar. Aşağıdakı videoda sadaladığımız vəziyyətləri əyani görmək olar.
 
 
Matçdan sonra mətbuata açıqlama verən "Xəzər Lənkəran" klubunun qapıçısı Kamran Ağayev, bu qarşılaşmada yalnız qələbəyə oynadıqlarını deyir. Qapıçı dediklərinin əksinə olaraq ilk dəqiqələrdən oyunu gecikdirməyə çalışırdı. Aşağıdakı videoda Kamran Ağayevin vaxt udmaq istəyi aşkar görünür.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.