26 mart 2012 11:47
“Azərbaycan millisi bizim üçün tanış komandadı”
Futzal üzrə Rusiya millisinin baş məşqçisi Sergey Skoroviç bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, sabah Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan və Rusiya milliləri arasında futzal üzrə dünya çempionatının play-off mərhələsinin ilk oyunu öncəsi bəzi sualları cavablayıb.
- Komandanız bu oyuna nə dərəcədə hazırdı?
- Bunu ancaq nəticə göstərəcək. Biz bu qarşılaşmaya ciddi hazırlaşmışıq. Amma sualınıza dəqiq cavab verə bilmərəm.
- Bunu ancaq nəticə göstərəcək. Biz bu qarşılaşmaya ciddi hazırlaşmışıq. Amma sualınıza dəqiq cavab verə bilmərəm.
- Rusiya yığmasının heyətində Sirilo və Pula forma geyə bilməyəcək. Bunlar komandanızın oyununa nə dərəcədə təsir göstərə bilər?
- Bizim bu itkilərimizin sırasına Dmitri Prudnikov da qoşulub. Əlbəttə, hər bir itkinin öz təsiri olur. Amma bütün fikrimizi bu məsələyə yönəltmək də düz çıxmazdı. Çünki belə məqamlar uğursuzluğa haqq qazandırmır.
- Dünya çempionatına çıxmaq istəyən bir komandanın baş məşqçisi olaraq çox sakit görünürsüz...
- Bəli. Amma bu, özünəarxayınlıqdan irəli gəlmir. Sadəcə, mən öz əlimin altında olan materialdan yararlanmağa məcburam.
- Azərbaycan yığması barədə nə bilirsiz?
- Azərbaycan yığmasının bir çox üzvü artıq Rusiya çempionatında çıxış etməyə imkan tapıb. Buna görə də onları tanımaq üçün əlavə nəyəsə ehtiyac yoxdu. Əlbəttə, bütövlükdə komanda oyunu olaraq bilmədiklərimiz ola bilər. Amma bütövlükdə, Azərbaycan millisi bizim üçün tanış komandadı.
- Daha çox çəkindiyiniz oyunçu varmı?
- Ondan başlayım ki, Rizvan Fərzəliyev oynamayacağı üçün bizim bəxtimiz gətirib. Daha sonra Felipe var ki, iki il öncəki Avropa çempionatında özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Həmçinin Vitali Borisovu, Serjionu da qeyd edərdim. Azərbaycan həm də komanda oyunu baxımından güclüdü.

- Niyə cavab oyununu Moskvada yox, Tümendə keçirməyə qərar vermisiz?
- Həmin bölgə rəhbərliyi yığmamızın oyununun məhz orda keçirilməsində maraqlıydı. Tümen həm də böyük futzal ənənələri ilə seçilir. Ona görə də onların müraciəti müsbət cavablandı.
- Həmin bölgə rəhbərliyi yığmamızın oyununun məhz orda keçirilməsində maraqlıydı. Tümen həm də böyük futzal ənənələri ilə seçilir. Ona görə də onların müraciəti müsbət cavablandı.
- Tümendə də azərbaycanlıların çox olduğunu nəzərə alsaq, azarkeş amilinin rəqibin xeyrinə olacağından qorxmursuz ki?
- Azərbaycanlılara hər yerdə rast gəlmək olar. Biz onlarla oynamasaq da, həmişə rastlaşırdıq. Ona görə də bu baxımdan hansısa problem olacağını düşünmürəm.
- Azərbaycanlılara hər yerdə rast gəlmək olar. Biz onlarla oynamasaq da, həmişə rastlaşırdıq. Ona görə də bu baxımdan hansısa problem olacağını düşünmürəm.