26 mart 2012 12:42

Joze Alesio: Rusiya millisini hətta Tümendə də məğlub etmək olar

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, sabah Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycan və Rusiya milliləri arasında futzal üzrə dünya çempionatının play-off mərhələsinin ilk oyunu öncəsi bəzi sualları cavablayıb.
 
“Hazırda son hazırlıqlarımızı keçirik. Buna baxmayaraq, artıq demək olar ki, komanda hazırdı. Əlbəttə, Rusiya yığması hazırda daha yaxşı formadadı, nəinki biz. Çünki onların güclü çempionatı var, oyun təcrübələri də yüksəkdi. Təəssüf ki, sabah keçiriləcək oyuna itkilərlə çıxacağıq. Andrey Tveryankin, Maşado Nilson, Rizvan Fərzəliyev kimi oyunçuların yoxluğu özünü hiss etdirməyə bilməz. Bu itkilər məni məyus etsə də, qarşıya baxmalıyıq. Məsələn, Rizvanı Zeynal Zeynalovla əvəzləmək istəyirik”.
 
Maraq üçün qeyd edək ki, Zeynalov həm də çimərlik futbolu üzrə yığmamızın üzvüdü. Joze Alesio pley-off matçlarında son Avropa birinciliyində yol verdiyimiz səhvlərin təkrarlanmamasını istəyir: “Artıq 15 gündü məşq edirik. Təbii ki, bütün səhvləri bu müddət ərzində aradan qaldırmaq mümkünsüzdü. Amma biz çalışırıqı ki, belə səhvlər mümkün qədər az olsun. Ən azından AÇ-2012-dəki qədər olmasın. Fikrimcə, bu oyunda yerli oyunçular özlərini doğrultmalı, sözlərini deməlidilər”.
 
Alesio komandasının DÇ-yə yollanmaq şanslarının olduğunu bildirib: “Son AÇ-nin finalçısına qarşı oynayacağıq. Amma buna baxmayaraq, bizim də mərhələ keçmək şansımız var. Lakin bu, çox çətin olacaq. Çünki Rusiya yığması çox aqressiv oyuna üstünlük verir, yaxşı müdafiə olunmağı bacarır”.
 
Braziliyalı mütəxəssis sonda onu da bildirib ki, onları yalnız qələbə qane edir: “İdeal variant 3-4 qol fərqi ilə qələbə qazanmaq olardı. Amma əsas qələbə qazanmaqdı. Lakin mümkün heç-heçə və məğlubiyyət də cavab oyununda şansları saxlayacaq. Mən Rusiyanı hətta Tümendə də məğlub etməyi mümkün hesab edirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.