27 mart 2012 01:15
“Xəzər Lənkəranla oyunda qələbəyə özümüz mane olduq”
“Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov Premyer Liqanın 25-ci turunun “Xəzər Lənkəran”la oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Xəzər Lənkəran” üzərində bu dəfə də qələbə qazana bilərdik. Buna sadəcə özümüz mane olduq. Günahkar tərəfi axtarmaq fikrində deyiləm. Sadəcə, bu dəfə də penaltidən yararlana bilmədik. Amma yenə deyirəm ki, buna görə Flavinyonu günahlandırmıram. Komandanın ilk qoldan sonra arxayınlaşdığını da deməzdim. Bilirdik ki, rəqib ikinci hissədə irəli atılacaq. Həm də küləyə qarşı oynayırdıq. Buna baxmayaraq, müdafiədə çoxlu boşluqlarımız yox idi. Yalnız Saşa Stamenkoviç səhvə yol verdi ki, lənkəranlılar da bundan yaxşı yararlandılar. Düzdü, bundan öncəki oyunu 5 cavabsız qolla qazanmışdıq. Bu dəfə doğma meydanda qələbə qazana bilmədik. Buna görə üzüldük. Evdə xal itirmək istəmirdik. Özü də bunun hesabda öndə olduğun oyunda baş verməsi xüsusilə xoş deyil. Lakin artıq bunu unudub, qarşıya baxmaq lazımdı”.

Əmircanov bu qarşılaşmada baş verən çoxsaylı gərginliklərə də münasibətini açıqlayıb: “Xəzər Lənkəran” bizim prinsipial rəqiblərimizdən hesab olunur. Mətbuatda da oyundan öncə çox şey yazıldığı üçün, intriqa daha da qızışır. Bu da oyun zamanı təsirsiz ötüşmür. Emosiyalar ən kiçik toxunmada belə, özünü göstərir. Odu ki, oyunçular arasında tez-tez yaranan gərginlikləri böyütməyə ehtiyac yoxdu. Yeri gəlmişkən, “Xəzər Lənkəran”ın legionerləri tez-tez portuqal dilində söyüş söyürdülər. “Neftçi”də də braziliyalı futbolçular olduğundan, onların nə dediyini bilirdik və cavablarını da alırdılar. Buna görə də mübahisələr yaranırdı”.
Ruslan “İnter”lə oyunda cərimə zərbəsindən vurduğu qolun davamını bu dəfə gətirə bilməməsindən də danışıb: “Bu matçda da qol vurmaq üçün yaxşı vəziyyət əldə etmişdim. Zərbəni pis yerinə yetirmədim. Ancaq top rəqib futbolçuya dəydi. Hər halda mən nə Snayper, nə də Bekheməm. Hər oyunda qol vura bilmərəm. Amma Kamran Ağayevin qoruduğu qapıya yol tapmağı çox istəyirdim. Çünki oyundan öncə o, mənə mesaj da göndərmişdi. Biz artıq 12 ildi ki, dostuq. Oyundan öncə bir-birimizlə qol vurmaq barədə söhbətlərimiz də sadəcə dostluq maraqlarından irəli gəlirdi”.