27 mart 2012 22:35

Yığmamız Rusiya ilə oyunda gec ayıldı (YENİLƏNİB)

Futzal üzrə dünya çempionatına vəsiqə uğrunda pley-off oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu il Tailandda keçiriləcək mundiala vəsiqə qazanmağa iddialılar arasında olan Azərbaycan yığması da ilk oyununa bu gün çıxıb.
 
Joze Alesio da Silvanın rəhbərlik etdiyi yığmamız Rusiya ilə mübarizə aparır. Evdə və səfərdə keçiriləcək iki oyunun nəticəsinə görə daha üstün olan komanda DÇ-yə vəsiqəyə sahib çıxacaq. Bu üzdən də Azərbaycan yığması doğma meydan amilindən yararlanıb, güclü Rusiya ilə görüşdə mütləq fərqli hesabla qalib gəlməliydi.
 
Çox təəssüf ki, komandamız bu vəzifənin öhdəsindən gələ bilmədi. Yığmamız son dəqiqələrdə ayıldı ki, artıq 3 cavabsız qolla uduzurdu. Qapıçını da meydan oyunçusuyla əvəzləyən Da Silvanın komandası məhz bundan sonra iki qol vurmaqla müəyyən qədər şanslarını saxlamış oldu. Hər halda cavab görüşündə işimiz daha da çətin olacaq. Çünki cavab matçının Tümendə keçirilməsi rusların işinə daha çox yarayır. Həmin görüşün aprelin 9-da baş tutacağını da qeyd edək.
 
Futzal
DÇ-2012-nin pley-off mərhələsi (ilk oyun)
 
AZƏRBAYCAN – RUSİYA - 2:3 (0:1)
Hakimlər: Borut Şiviç, Deyan Nikoliç (hər ikisi Sloveniya).
Bakı. “Sərhədçi” Olimpiya İdman Mərkəzi.
 
AZƏRBAYCAN: 19. Elnur Zamanov, 5. Felipe, 13. Kaka, 14. Vitali Borisov, 18. Jadder Dantas.
Ehtiyat oyunçular: 12. Marat Salyanski (k), 3. İlkin Hacıyev, 4. Serjao, 6. Zeynal Zeynalov, 7. Rəcəb Fərəczadə, 10. Seymur Məmmədov, 11. Namiq Məmmədkərimov.
Baş məşqçi: Alesio da Silva.
RUSİYA: 12. Qustavo, 5. Sergey Sergeyev (k), 10. Konstantin Mayevski, 11. Nikolay Plaxov, 15. İldar Nuqumanov,
Ehtiyat oyunçular: 1. Leonid Klimovski, 2.Vladislav Şayahmetov, 3. Nikolay Pereverzev, 4. Vladimir Çurlayev, 9. Sergey Abramov, 13. Aleksandr Fukin, 14. İvan Milovanov.
Baş məşqçi: Sergey Skoroviç.
 
Oyun başladı. Yığmamıza uğurlar arzulayırıq!
12. Milovanov adi vəziyyətdə topa toxunaraq hesabı açır - 0:1
16. Qapı dirəyi komandamızı ikinci qoldan xilas edir
Birinci hissə başa çatdı. Yığmamız ilk yarıda bir neçə real qol vəziyyəti yaratsa da, fərqlənə bilmir
İkinci hissə başladı
23. Sergeyev əks-hücumda ikinci qolu komandamızın qapısından keçirir - 0:2
30. Sergeyev özünün ikinci, komandasının üçüncü qolunu vurur - 0:3
36. Kaka buraxılan qollardan birinin əvəzini çıxır - 1:3
39. İlkin Hacıyev son saniyələrdə fərqi minimuma endirir - 2:3
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.