27 mart 2012 01:57
İnter baş məşqçisini dəyişdi (FOTO)
İtaliyanın “İnter” klubu baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Klaudio Ranyeri ilə yolları ayırmağa qərar verib.
Komandanın bu mövsüm həm A Seriyasında uğursuz çıxışı, həm də UEFA Çempionlar Liqasıyla vidalaşması təcrübəli mütəxəssisə baha başa gəlib. Nəticədə rəhbərlik onu postundan uzaqlaşdırıb.
Artıq Ranyerinin əvəzləyicisi də məlumdu. Milan klubunu bundan sonra Andrea Stramaççioni çalışdıracaq. Qeyd edək ki, bu gənc mütəxəssis elə də böyük təcrübəyə malik deyil. Ötən yaya kimi "Roma"nın aşağı yaş qruplarından ibarət komandasını çalışdıran Stramaççioni son olaraq “İnter”in gənclərdən ibarət komandasına rəhbərlik edirdi.
Sonda onu da xatırladaq ki, “İnter”i bu mövsüm Ranyeridən öncə Canpyero Qasperini çalışdırırdı. Amma bu iki mütəxəssisin işinin bəhrəsi olaraq milanlılar hazırda 41 xalla 8-ci pillədə qərarlaşıblar.
