27 mart 2012 13:56
AFFA Neftçini cərimə, 2 oyunçunu diskvalifikasiya etdi
AFFA İntizam Komitəsi “Neytçi”ni cərimə edib. Azerisport.az xəbər verir ki, buna səbəb “Neftçi” fanatlarının “Xəzər Lənkəran”la oyununu 85-ci dəqiqəsində pirotexniki vasitələrin istifadə etməsi olub. Klub bu səbəbdən 1000 manat cərimələnib.
“İnter”in futbolçusu Xəyal Mustafayevlə “Rəvan”ın oyunçusu Taqim Novruzov 1 oyunluq cəzalanıb. Xəyal “Qəbələ” ilə matçın 88-ci, Taqim isə “Turan”la oyunun 73-cü dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Hər iki klub 200 manat cərimələnib.
