27 mart 2012 14:21
Xəzər Lənkəranın oyunçusu cəzalandı
AFFA “Xəzər Lənkənan”ın əvəzedici komandasının oyunçusu Kamran Abdullazadəni cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb onun “Qarabağ”la oyunda qırmızı vərəqə alması olub.
Belə ki, Kamran “Qarabağ”la matçın 48-ci dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alıb. Komitə onu 1 oyunluq cəzalandırıb, klubu 100 manat cərimə edib.
