27 mart 2012 14:30
Rednik neftçilərin baş məşqçisi təyin edildi!
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, rumıniyalı çalışdırıcı vətənində “Petrolul” klubunun baş məşqçisi təyin edilib.
Bu haqda yerli mətbuat xəbər yayıb. Məlumatda bildirilir ki, Rednikin qarşısında "neftçilər"i elitada saxlamaq olacaq.
Sonda onu da qeyd edək ki, Hazırda “Petrolul” 23 turdan sonra sondan ikinci – 17-ci pillədə qərarlaşıb.
