27 mart 2012 14:55
Baş məşqçi 1 oyunluq cəzalandı
AFFA “Xəzər Lənkənan”ın əvəzedici komandasının oyunçusu Kamran Abdullazadəni cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb onun “Qarabağ”la oyunda qırmızı vərəqə alması olub.
Belə ki, Kamran “Qarabağ”la matçın 48-ci dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqə alıb. Komitə onu 1 oyunluq cəzalandırıb, klubu 100 manat cərimə edib.
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Birinci divizionun son tutunda baş verən olaylara da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
“Energetik” – “Göyəzən” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Göyəzən”in futbolçusu İbrahim Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Neftçala” – “Muğan” matçında “Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Karvan” – “Şahdağ” matçında “Karvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Bakılı” – “Tərəqqi” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“MKT Araz” – “Lokomotiv” matçında “MKT Araz”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 47-ci dəqiqəsində “MKT Araz”ın futbolçusu Əfsər Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
