27 mart 2012 15:20

“Qarabağla oyunun penaltilərə qədər getməsini istəmirəm”

“Qəbələ”nin hücumçusu Deon Barton Azərbaycan kubokunun 1/4 final mərhələsinin sabah baş tutacaq “Qarabağ”la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, həm də “İnter” üzərində son turda qazandıqları qələbəyə də toxunub.

“Mən həmişə demişəm ki, “Qarabağ” Azərbaycanın ən yaxşı komandalarındandı. Onlara qarşı oynamaq həmişə çətindi. Amma hər şeyə rəğmən, növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, doğma meydanda qollu heç-heçə etməyimiz xeyrimizə deyil. Amma hər halda səfərdə də qələbə qazanmaq mümkünsüz deyil”.
 
Barton bu qələbəni matçın əsas vaxtında əldə etmək istədiklərini bildirib: “Mən hər şeyin penaltilərə qədər uzanmasını istəmirəm. Əsas vaxtda qələbə qazanmaq daha yaxşı olardı. Hesabın necə olması önəmli deyil. Əsas növbəti mərhələyə adlamaqdı. Baxmayaraq ki, bizi çox çətin oyun gözləyir”.
 
Yamayka yığmasının sabiq forvardı bu komandayla cari mövsümdə baş tutan oyunlarda 3 heç-heçəyə razılaşıb, 1 qələbəyə qazanmalarına dair bunları söyləyib: “Əlbəttə, bu, sadəcə statistikadı. Lakin bu dəfə heç-heçə etmək yox, qələbə qazanmaq istəyirik”.
 
Barton sonda “İnter” üzərində qələbəyə də toxunub: “Maraqlı və çətin oyun alındı. Bu qarşılaşma üçün məlum oyun planımız var idi. Bütün komanda həmin planı həyata keçirmək üçün əlindən gələni etdi. Nəticədə də çox vacib qələbəyə imza atdıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.