27 mart 2012 15:44
Yunis Hüseynov: İnteri keçmək istəyirik
“Xəzər Lənkəran”ın baş məşqçsi Yunis Hüseynov sabah keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çətin oyun olacaq. Bir həftədə iki oyuna çıxmaq asan deyil. Aydın məsələdi ki, kubok oyunları çempionat görüşlərindən fərqlənir. Biz sadəcə “İnter”lə qarşıdakı oyuna köklənmişik. Unutmaq olmaz ki, bu, futboldu və hər şey ola bilər. “Bankirlər” həddən artıq möhkəm komandadılar. Uzun müddət bir yerdə çıxış edən futbolçulardan təşkil olunmuş komandadı. Amma hər şeyə rəğmən, biz onları keçmək istəyirik”.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda paytaxt klubu qələbə qazanmışdı - 3:2.