27 mart 2012 16:26

Qarabağla Qəbələnin 17-ci dueli

“Qarabağ” sabah növbəti dəfə “Qəbələ”ylə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komandalar 2 həftə öncə Qəbələdə qeydə alınmış 2:2-nin revanşına çıxacaqlar.
 
Tərəflərin qarşılaşma tarixi cəmi 5 il olsa da, daim çəkişmə, maraqlı oyunlar duelləri zənginləşdirib. İndiyə kimi tərəflərin 16 dueli baş tutub. Ağdamlılar daha çox - 6 dəfə qələbə sevincini yaşayıb. Qəbələlilər isə 3 dəfə 3 xalla öyünüb. Maraqlıdı ki, tərəflər arasında baş tutan ilk 5 qarşılaşmada “Qarabağ” qələbə qazanıb və bütün oyunlarda bu, 2 qolla əldə olunub (bir dəfə 3:2). Ardınca 3 heç-heçədən sonra nəhayət “Qəbələ” 3:1 hesabıyla qələbə qazanıb.
 
Tərəflər arasında yeganə böyükhesablı qələbə ötən mövsüm qeydə alınıb. “Qarabağ” Suraxanıda 3:0-lıq qələbə qazanıb. Topların fərqində də bu komanda üstündü. 21-15.
 
Cari mövsüm artıq tərəflərin 4 görüşü baş tutub. Avqustun 27-də baş tutan ilk görüşdə Mendinin vurduğu qolla qalib gələn qəbələlilər həm səfərdə ilk dəfə “Qarabağ”ı məğlub etdilər, həm də “Qarabağ” mövsümdə ilk məğlubiyyətini aldı. Növbəti 3 görüş isə sülhlə yekunlaşıb. Təsnifat mərhələsinin cavab görüşü qolsuzluqla yekunlaşdı. Bu ay martın 14-ü və 18- fərqli meydanlarda və fərqli turnirlərdə tərəflər yenə qələbəyə həsrət qaldı. Maraqlıdı ki, hər 2 oyunda “Qarabağ” hesabda geri olsa da, son dəqiqədə vurduğu qollar bərabərlik gətirib - 2:2 və 1:1.
 
Ümumiyyətlə, “Qəbələ” cari mövsüm eyni zamanda “Qarabağ”ın daha bir seriyasına son qoyub. Belə ki, 2011-ci ilin dekabrın 21-də baş tutan oyunda “Qəbələ”ylə oyunda qeydə alınmış qolsuzluqdan sonra ağdamlılar ardıcıl 5 oyunda qələbə qazanaraq mövsümün ən yaxşı seriyasını “tutdu”. Amma “Qəbələ”dən sonra başlayan seriya “Qəbələ”ylə oyunda  başa çatdı (qeyd etdiyimiz heç-heçələrlə).

“Qarabağ”ın mətbuat xidməti
 
“Qarabağ” – “Qəbələ” oyunları
2006/07 20.08.2006 Premyer Liqa Gilan(Qəbələ) - Qarabağ (Ağdam) 0:2
2006/07 22.02.2007 Premyer Liqa Qarabağ (Ağdam) - Gilan (Qəbələ) 3:2
2007/08 06.10.2007 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2007/08 13.04.2008 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 2:1
2008/09 20.09.2008 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2008/09 15.03.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 23.09.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 06.12.2009 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:1
2009/10 21.03.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 3:1
2009/10 24.04.2010 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2010/11 25.09.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 2:1
2010/11 13.02.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 3:0
2011/12 27.08.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:1
2011/12 21.12.2011 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 0:0
2011/12 14.03.2012    KubokQəbələ - Qarabağ (Ağdam)     2:2
2011/12 18.03.2012 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2011/12 28.03.2012 Kubok    Qarabağ (Ağdam) - Qəbələ ???

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.