27 mart 2012 16:47
Qurban Qurbanov: Bu komanda ilə oyunlarda xüsusi çətinliklə üzləşirik
“Qarabağ”ın baş məşqçsi Qurban Qurbanov sabah keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Artıq son məşqimizi də keçdik və demək olar ki, bu vacib oyuna hazırıq. “Qəbələ” ən çətin rəqiblərdən biridi. Təsadüfi deyil ki, məhz bu komandayla oyunlarda futbolçularım xüsusi çətinliklərlə üzləşirlər. Bu mövsüm onlarla dörd oyun keçirmişik. Amma heç birində qələbə qazana bilməmişik. Fatih Kavlakın baş məşqçi təyin olunmasından sonra nəticələri yaxşılaşmağa başlayıb. İlk oyunda əldə etdiyimiz kiçik üstünlüyə baxmayaraq, biz bu oyunda heç-heçə üçün çalışmayacağıq. Qələbə üçün oynamalıyıq. Cütün taleyinin penaltilərlə həll olunmasına gəlincə, hər şey mümkündü. Amma penaltilər üzərində çalışmamışıq”.
