27 mart 2012 17:06
Bakı – 60%, AZAL – 40%
“Bakı”nın baş məşqçi əvəzi Novruz Əzimov sabah keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rəqibimiz heç də sıradan bir komanda deyil. Onların yaxşı oturuşmuş heyəti var. İlk oyundakı qələbədən sonra bizim məlum üstünlüyümüz var. Şansların 60-ın 40-a xeyrimizə olduğunu deyərdim. Hər şeydən önəmi olan yarımfinala çıxmaqdı. Bunun hansı hesabla əldə olunması vacib deyil. İnanıram ki, “Bakı” növbəti mərhələyə vəsiqə qazanacaq”.
