27 mart 2012 17:58
Yığmamız Neftçi ilə bacarmadı
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi “Neftçi” klubunun əvəzedici komandası olub.
Qarşılaşma 3:2 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb. Yığmamızın qollarını Mənsur Nahavəndi və Aslanbəy Zaseyev vurub.
