27 mart 2012 18:27
Azərbaycan - Rusiya matçına giriş pulsuzdu
Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan yığması bu gün dünya çempionatının pley-off mərhələsi çərçivəsində bu gün Rusiyaya qarşı ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu oyuna giriş pulsuzdu. “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək Azərbaycan – Rusiya oyununda komandamıza dəstək olmaq istəyən azarkeşlər bu istəklərini sərbəst şəkildə həyata keçirə bilərlər.
