27 mart 2012 23:17
Joze Alesio: Tümendə qələbəyə oynayacağıq
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin Rusiya ilə ilk oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, millimizin 2:3 hesabıyla uduzduğu görüşdən sonra braziliyalı mütəxəssis bunları dilə gətirib:
“Biz yaxşı oynadıq. Uşaqlarda qələbə qazanmaq istəyi çox idi. Unutmamalıyıq ki, Avropanın ikinci ən güclü komandasına qarşı oynayırdıq. Təəssüf ki, üç qol buraxdıq. Qarşıda cavab oyunu var. Tümendə qələbəyə oynayacağıq. Həm də Tveryankin həmin oyunda sıraya dönəcək ki, bu da bir üstünlükdü”.