27 mart 2012 23:22
Skoroviç: Azərbaycanla ilk oyunda buraxılan səhvlərdən nəticə çıxaracağıq
Futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin Azərbaycan ilə ilk oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, millimiz üzərində qazandıqları 3:2 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Rəqib bizə meydan oyunçuları çoxluqda olan zaman qollar vurdu. Bəzi epizodlarımız oldu ki, həmin anda qol vurmağa sadəcə dəqiqlik çatışmadı. Biz maksimum nəticəyə köklənmişdik. Heyətdən də göründüyü kimi, komandanın bəzi liderləri bizə kömək edə bilmirdilər. Qarşıda cavab oyunu da var. Buraxılan səhvlərdən nəticə çıxarmağa çalışacağıq”.