27 mart 2012 11:26

“Azərbaycanla ilk oyunda əsas diqqəti müdafiəyə yönəldəcəyik”

Futzal üzrə Rusiya yığmasının üzvü Konstantin Mayevski bu gün dünya çempionatına vəsiqə uğrunda Azərbaycan millisi ilə keçirəcəkləri ilk pley-off matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycanla oyuna necə hazırlaşa bilmisiz?
- Çox yaxşı. Əlbəttə, yerli çempionat səbəbindən bir yerdə elə də çox vaxt keçirə bilməmişik. Amma Moskvada həyata keçirilən 2-3 günlük toplanış bizim üçün faydalı oldu. Bu müddət ərzində Azərbaycan millisinin bir neçə oyununu izləyə bildik. Əsasən DÇ-nin seçmə mərhələsinin Xorvatiya və AÇ-dəki Serbiyaya qarşı oyunlara baxmışıq.
 
- Elə isə Azərbaycan yığması barədə hansı fikirdəsiz?
- Azərbaycan yaxşı oyun sərgiləyir. Bu oyunların hər ikisində uduzsa da, komanda olaraq səviyyəli oyuna malikdi. Hər iki oyunda əsasən müdafiədəki səhvlər qələbə qazanmaqlarına mane olub. Hücum xəttində hər şey qaydasındadı.
 
- Niyə Azərbaycan yığmasının məhz uduzduğu oyunları seçmisiz?
- Bəs biz komandanızın hansısa rəqibini darmadağın etdiyi oyuna baxardıq? Özü də məşqçilər korpusunun məhz bu oyunları seçməsi də fakt deyil. İstənilən halda bu oyunlar rəqib barədə müəyyən fikir formalaşdırmağa kömək edir.
 
- Sirilo, Pula və Prudnikovun yoxluğu komandanıza nə dərəcədə təsir edə bilər?
- Məsələ heç də bunda deyil. Rəqibə ciddi yanaşmaq lazımdı. Biz Azərbaycanla oyunlara adi qarşılaşma gözüylə baxmırıq. Şübhəsiz ki, bəzi futbolçuların olmaması müəyyən çətinliklər yaradacaq. Amma komandamızın geniş heyəti var və bu itkilər ciddi təsirini göstərməməlidi.
 
- İlk oyunda sizi hansı nəticə qane edir?
- Bizi ancaq dünya çempionatının final mərhələsinə vəsiqə qane edir. Amma Bakıdakı və Tümendəki oyunlarda hansı nəticənin qeydə alınacağı o qədər də vacib deyil. Əgər DÇ-yə vəsiqə qazansaq, deməli öz işimizin öhdəsindən layiqincə gəlmiş olacağıq.

- Cütün taleyini ilk görüşdəcə həll etməyə çalışacaqsız?
- Qələbə üçün əlimizdən gələni edəcəyik. Lakin cütün taleyi iki oyunda həll olunacağı üçün əsas diqqəti müdafiəyə yönəldəcəyik. Buraxılan qollar sonra mənfi təsir göstərə bilər. Odu ki, çox qol buraxmamalıyıq. Rəqibin güclü hücum potensialı var. Azərbaycan yığmasının qapıçısız beş oyunçuyla mübarizə aparmaq bacarığını da qeyd etmək istərdim. Xorvatlara və serblərə az belə qollar vurmamısız.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.