27 mart 2012 00:07

Azərbaycan yığması üçün tarixi fürsət

Martın 25-dən etibarən futzal üzrə dünya çempionatının pley-off mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, bu il Tailandda keçiriləcək mundiala vəsiqə qazanmağa iddialılar arasında olan Azərbaycan yığması ilk oyununa bu gün çıxacaq.
 
Joze Alesio da Silvanın rəhbərlik etdiyi yığmamız Rusiya ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Evdə və səfərdə keçiriləcək iki oyunun nəticəsinə görə daha üstün olan komanda DÇ-yə vəsiqəyə sahib çıxacaq. Hər halda qitənin ən güclülərindən hesab olunan qonşu ölkə yığmasıyla duellər komandamız üçün tarixinin ən ciddi sınaqlarından biri olacaq.
 
Qeyd edək ki, Rusiya yığmasından fərqli olaraq, Azərbaycan millisi indiyə qədər heç vaxt dünya çempionatında qüvvəsini sınamayıb. Son iki Avropa çempionatında çıxış edən yığmamız artıq mundiala da vəsiqə qazanmaq iddiasındadı. Amma hazırkı komandamızın belə bir tarixi yazmağa nə dərəcədə qadir olduğunu qarşıdakı oyunlar göstərəcək. Hər halda bu, çox çətin olacaq.
 
Məsələ burasındadı ki, Rusiya yığması son Avropa çempionatında finala qədər irəliləmiş, həlledici oyunda isə yalnız İspaniyaya məğlub olmuşdu. Hər halda elə bu, rəqibimizin gücündən xəbər verir. Yığmamız isə son dövrlər heç də istənilən səviyyədə çıxış etmir. Elə son AÇ-də də komandamız turniri elə qrup mərhələsindəcə tərk etməli olmuşdu. Joze Alesionun yetirmələri Portuqaliyaya 1:4, Serbiyaya isə 8:9 hesabıyla yenilmişdilər. Rusiya millisi isə qrup mərhələsində Türkiyəyə 5:0 qalib gəlib, İtaliya ilə 2:2 hesablı heç-heçəyə razılaşmışdı. 1/4 finalda Serbiyaya 2:1, yarımfinalda Xorvatiyaya 4:2 qalib gələn şimal qonşularımız yalnız qızıl medallar uğrunda oyunun əlavə vaxtında ispanlara uduzmuşdular – 1:3.
 
DÇ-2012-nin seçmə qrup mərhələsində də ruslar inamlı çıxış ediblər. Latviya (2:0), Qazaxıstan (4:0) və Macarıstanla (4:2) oyunlarda yüzfaizli nəticə göstərən Rusiya yığması pley-offa qrup lideri kimi yüksəlmişdi. Millimiz isə bu vəzifənin öhdəsindən bir qədər çətinliklə gəlmişdi. Bakıda keçiriən həmin oyunlarda komandamız Xorvatiyaya 1:3 uduzmuş, Makedoniya (7:1) və Ukraynaya (4:2) qalib gələrək, çətinliklə də olsa, ikinci yerlə pley-offa çıxmışdı.
 
Komandamızın zəif çıxışında heyətlə bağlı itkilər də az təsirsiz ötüşmür. Uzun müddəti zədə səbəbindən yığmamıza kömək edə bilməyən Maşado Nilson yenə yoxdu. Onunla yanaşı cəzalı Andrey Tveryankin də Rusiya ilə ilk oyunda forma geyə bilməyəcək. Bu azmış kimi, bir müddət öncə UEFA millimizin aparıcı oyunçularından Rizvan Fərzəliyevi cəzalandırmaqla komandamıza daha bir ciddi zərbə vurdu. Lakin onların əvəzində meydana çıxmaq şansı qazanacaq oyunçular özlərini sübut etmək üçün əllərindən gələni etməlidilər.
 
İlk oyun bu gün - martın 27-də, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək. Bu üzdən də Azərbaycan yığması doğma meydan amilindən yararlanıb, güclü Rusiya ilə görüşdə mütləq fərqli hesabla qalib gəlməyə çalışmalıdı. Əks halda cavab görüşündə işimiz daha da çətin olacaq. Çünki cavab matçının Tümendə keçirilməsi rusların işinə daha çox yarayır. Həmin görüşün aprelin 9-da baş tutacağını da qeyd edək.
 
Futzal
DÇ-2012-nin pley-off mərhələsi (ilk oyun)
 
21:00. AZƏRBAYCAN – RUSİYA
Hakimlər: Borut Şiviç, Deyan Nikoliç (hər ikisi Sloveniya).
Bakı. “Sərhədçi” Olimpiya İdman Mərkəzi.
 
Pley-off mərhələsinin digər oyunları:
 
25 mart
Macarıstan – Serbiya – 1:0
 
26 mart
Belarus – Portuqaliya – 1:7
Sloveniya – Çexiya – 2:0
Slovakiya – İspaniya - 0:4
 
27 mart
Rumıniya – Ukrayna
 
28 mart
Norveç - İtaliya
 
Cavab oyunları 8-11 aprel aralığında keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.