28 mart 2012 19:53
İnter, Neftçi, Bakı və Qarabağ (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu gün yarımfinala vəsiqə uğrunda mübarizə aparan 8 klub ən güclü dördlüyü müəyyənləşdirib.
Son ölkə çempionu “Neftçi” səfərdə məğlub etdiyi “Kəpəz”ə yenidən eyni aqibəti yaşatmağa çalışsa da, heç-heçə ilə kifayətlənib. Amma bu, mərhələdə adlamaq üçün yetərli olub. “Bakı” AZAL-la ev oyununda qazandığı üstünlüyünü səfər matçında da qorumağı bacarıb. Səfərdə də qələbə qazanan "zolaqlılar" yarımfinala çıxıblar. “Qarabağ” bu mövsüm heç vəchlə məğlub edə bilmədiyi “Qəbələ”ni bu dəfə də yenə bilməyib. Amma ağdamlılar qolsuz heç-heçə sayəsində də olsa, rəqibini kubokdan kənarlaşdırmağı bacarıb. Ən maraqlı görüşlərdən biri isə Lənkəranda yerli “Xəzər Lənkəran” və “İnter” arasında baş tutub. Qollu heç-heçə paytaxt klubunu növbəti mərhələyə çıxarıb.
Azərbaycan kuboku
1/4 final (cavab oyunları)
28 mart
XƏZƏR LƏNKƏRAN – İNTER - 1:1 (0:1)
Qollar: Baçana Tsxadadze, 29 (0:1), Rendal Brenes, 75 (1:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Elvin Əsgərov.
Lənkəran şəhər stadionu.
İlk oyun – 2:3
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 8. Eder Bonfim, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Katalin Doman, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 12. Salif Ballo, 22. Antonio Semedo, 33. Stevan Bates.
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 20. Girt Karlson, 29. Əziz Quliyev, 30. Danildo Assioli.
Oyun başladı
4. V.Abramidze sadə epizodda topu itirir və B.Rendal irəliləyib topu itirir
7. A.Pitin zərbəsini G.Lomaya tutur
10. "İnter" cərimə zərbəsi yerinə yetirir .N.Hacıyevin zərbəsi qapının yanından keçir
13. "İnter" cərimə meydançasının sağ cinahından cərimə zərbəsi qazanır. N.Hacıyevin asmasından sonra İ.Niassenin zərbəsi qapının yanından keçir
15. A.Pitin cinahdan asması qeyri dəqiq alınır
16. "Xəzər Lənkaran" cərimə zərbəsi qazanır. Pitin zərbəsini G.Lomaya yumuruqları ilə uzaqlaşdırır
18. R.Qomeşin uzaqdan zərbəsi qapının üstündən keçir
20. A.Pitin cərimə zərbəsi zamanı top meydandan çıxır
24. P.Xrappanın ötürməsindən sonra B.Tsxadadze oyundan kənar vəziyyətə düşür
26. A.Daşdəmirovun uzaqdan zərbəsini K.Ağayev tutur
Yunis Hüseynov Tounkaranı K.Domanla əvəzləyir. Görünür malili futbolçunun çıxışı onu qane etmir
29. Baçana Tsxadadze dəqiq zərbə ilə hesabı açır - 0:1
Vladimir Levin sarı vərəqə ilə cəzalanır
XL-da ikinci əvəzləmə: Zədəli Qomesi E.Abdullayev əvəzləyir
Pitin təhlükəli zərbəsi dəqiq alınmır
Qonaqlar əks-hücuma üstünlük verirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. "Xəzər Lənkaran" cərimə zərbəsi qazanır. E.Allahverdiyevin zərbəsi qapının yanından keçir
49. "İnter" təhlükəli nöqtədən cərimə zərbəsi qazanır. S.Zərgərovun zərbəsi canlı səddə tuş gəlir
50. "Xəzər Lənkaran"ın künc zərbəsi.A.Pitin asmasını V.Levin uzaqlaşdırır
51. R.Todorov sarı vərəqə ilə cəzalanır
54. A.Pitin təhlükəli ara ötürməsi E.Abullayevə çatmır
56. E.Bonfimin asmasını V.Levin uzaqlaşdırır
57. "Xəzər Lənkaran" küncdən zərbə qazanır. A.Pitdən qeyri dəqiq asma
59. A.Pitin ötürməsindən sonra K.Doman oyundan kənar vəziyyətə düşür
60. K.Domanın zərbəsi qeyri-dəqiq alınır
63. E.Bonfim kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
66. İ.Niassenin ötürməsindən sonra B.Tsxadadze oyundan kənar vəziyyətə düşür
67. "Xəzər Lənkaran" küncdən zərbə yerinə yetirir. A.Pitin ötürməsi qeyri-dəqiq alınır
70. "İnter"də oyunçu dəyişikliyi: S.Zərgəovun əvəzinə meydana P.Zlatinov daxil olur
73. XL-da oyunçu dəyişikliyi: A.Mureşanın əvəzinə meydana B.Subasiç daxil olur
75. Lomaya ilə üz-üzə qalan B.Rendall hesabı bərabərləşdirir - 1:1
78. P.Zlatinovun asmasını K.Ağayev tutur
80. R.Əmirquliyevin ötürməsindən sonra B.Subasiç 100 faizlik qol epizodunu dəyərləndirə bilmir
82. "İnter"də oyunçu dəyişikliyi: N.Hacıyevin yerinə meydana A.Məmmədov daxil olur
86. R.Əmirquliyevn yaxın məsafədən zərbəsini G.Lomaya dəf edir
Matç başa çatdı
NEFTÇİ – KƏPƏZ - 1:1 (0:1)
Qollar: Yuri Fomenko, 33 (0:1), Bahodir Nasimov, 49 (1:1)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Azər Əsgərov, Vüsal Əliyev.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
İlk oyun – 1:2
NEFTÇİ: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 14. Bahodir Nasimov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev (k), 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 17. Kənan Manafov, 22. Fərid Quliyev, 24. Malik Babayev, 26. Kərim Diniyev, 29. İlham Allahverdiyev.
KƏPƏZ: 88. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 17. Renat Sultanov, 8. Armand Feutçin, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 23. Junivan Suares, 2. Nail Məmmədov, 9. Ceyhun Əhmədov, 14. Dmitri Parxaçov, 6. Vasif Əliyev.
Oyun başladı
"Kəpəz" ilk dəqiqələrdən hücuma atılıb. Bakılılar isə oyuna nəzarəti əldə saxlamağa çalışırlar
Çox sakit oyun gedir və tərəflər riskə getmək istəmirlər
Abdullayevin qonaqların qapısına yol tapmaq cəhdi alınmır
"Neftçi" əsas diqqəti müdafiəyə yönəldib, əks-hücumlara üstünlük verir
Fomenkonun zərbəsi dirəkdən dönür
"Neftçi" sanki özündə deyil və komandada arxayınlıq var
Feutçin boş qapını nişan ala bilmir
Yuri Fomenko nəhayət meydan sahiblərini cəzalandırır - 0:1
Nasimovun zərbəsi qapıdan aralı keçir
D.Silvanın zərbəsini Poladov dəf edir
Abdullayev sarı vərəqə alır
İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Neftçi" ikinci hissəyə hücumlarla başlayır
Nasimov qonaqların qapısına dəqiq zərbə ilə hesabı bərabərləşdirir - 1:1
İmamverdiyevin zərbəsi qapıdan azacıq yan keçir
Allahquliyevin də zərbəsi çox təhlükəli alınır və "Neftçi"ni qapı tiri qoldan xilas edir
Paşayevin zərbəsinin qapıya daxil olmasına son anda Rauf Mehdiyev mane olur
Qonaqların kornerdən fərqlənmək istəyi alınmır
“Neftçi”nin korneri çox uğursuz alınır
“Kəpəz”in çox təhlükəli hücumu zamanı R.Mehdiyev əla oynayır
S.Allahquliyev inanılmaz epizodda topu qapıya göndərə bilmir
R.Mehdiyev sarı vərəqə alır
E.Mehdiyevi E.Abdullayev əvəzləyir
"Neftçi"nin önə keçməsinə son anda topu boş qapıdan çıxaran A.Məmmədov mane olur
Allahquliyev daha bir qol imkanını boşa verir
M.Seyidov və Ə.İsmayılov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulur
Alessandronun fərqlənməsinə Poladov mane olur
Matç başa çatdı
AZAL – BAKI - 1:2 (0:1)
Qollar: Xavier Junior Vilson, 5 (0:1), Orxan Səfiyaroğlu, 52 (1:1), Xavier Junior Vilson, 85 (1:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Anar Salmanov.
Bakı. AZAL Arena.
İlk oyun – 1:3
Oyun başladı
Xavier Junior Vilson erkən qolla meydan sahiblərini şoka salır - 0:1
AZAL-ın işi daha da çətinləşir. "Təyyarəçilər" hətta əlavə vaxta getmək üçün 3 qol vurmaq lazımdı
Meydan sahibləri oyuna nəzarət etsə də, "Bakı"nın qapısına yol tapmaq mümkün deyil
Kokenin zərbəsini Ağacanov dəf edir
AZAL böyük qüvvə ilə hücum edir, "Bakı" müdafiə olunur
Qonaqlar qapı qarşısında ciddi təhlükə yaranmasına imkan vermirlər
Kvirtiya rəqibinə zərbə vurduğuna görə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Meydan sahibləri azlıqda olsalar da, hücumlarını səngitmirlər
Orxan Səfiyaroğlu hesabı bərabərləşdirir - 1:1
Orxanın ikinci qolu vurmaq istəyi alınmır
AZAL fasilədən sonra daha fəaldı
Səfiyaroğlunun zərbəsi dirəkdən dönür
Xavier Junior özünün və komandasının ikinci qolunu vurmaqla meydan sahiblərinin ümidlərini heçə endirir - 1:2
Matç başa çatdı
QARABAĞ – QƏBƏLƏ - 0:0 (0:0)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Yaşar Abbasov, İnqilab Məmmədov.
Quzanlı. Qəsəbə stadionu.
İlk oyun – 2:2.
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi.
QƏBƏLƏ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 3. Vurğun Hüseynov, 17. Arif İsayev, 21. Elmar Baxşıyev, 22. Murad Hüseynov, 24. Tərzin Cahangirov, 33. Saşa Yunisoğlu.
Oyun başladı
5. İlk dəqiqələrdən meydan sahibləri ərazi üstünlüyünə malikdilər
7. "Qarabağ"ın hücumu kornerlə, künc zərbəsi isə qolsuz başa çatır
12. Maksim sarı vərəqə ilə cəzalanan ilk futbolçu olur
18. Kamananın hesabı açmasına son anda Pavloviç mane olur
22. Mahir də sarı vərəqə ilə cəzalanır
25. Ağdamlıların kornerdən fərqlənmək istəyi alınmır
25. Epizodun davamında qonaqlar da eyni şansı qazanırlar və eyni uğursuzluğu yaşayırlar
31. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı Vaqifin qapı qarşısına ötürməsinin qapıya getməsinə son anda Ürfan mane olur
40. "Qəbələ" artıq daha çox hücum etməyə çalışsa da, meydan sahibləri topa nəzarəti mümkün qədər əldə saxlamaq istəyirlər
42. Meydan sahibləri rəqib futbolçunun cərimə meydançasında əllə oynadığını iddia etsələr də, hakim davam işarəsi verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. İkinci yarıya ağdamlılar hücumlarla başlayıblar
50. Meydan sahiblərinin çox təhlükəli cərimə zərbəsi zamanı topu qapıya göndərən tapılmır
53. Ağdamlıların kornerdən fərqlənməsinə müdafiəçilər mane olurlar
54. Vaqif Əfranın ideal ötürməsini qola çevirməyə yaxın olsa da, zərbəsi qapı tirindən dönür
60. Ağdamlılar tam olaraq oyuna nəzarət edirlər
63. Adamiya sarı vərəqə alır
64. Ürfan da sarı vərəqə ilə cəzalanır
66. Korner zamanı Telinin baş zərbəsini qapıçı tutur
79. Vaqifi B.Soltanov əvəzləyir
83. "Qəbələ"də isə Mendini M.Hüseynov əvəzləyir
86. Bartonun əvəzində meydana A.İsayev çıxır
88. Baranin sarı vərəqə alır
90. Əfranın əvəzində meydana İ.Qurbanov çıxır
90+2. Adamiyanı Zaur Həşimov əvəzləyir
90+3. R.Sadiqovun hesabı açmasına azacıq dəqiqlik çatışmır
Matç başa çatdı
