28 mart 2012 14:56
İspaniya klubunun üzvü yığmamıza çağırıldı
Xəbər verdiyimiz kimi, aprelin 4-də, Helsinki şəhərində 21 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, yığmamızın bu qarşılaşma üçün açıqlanmış heyətinə daha bir futbolçu dəvət olunub.
Bu, İspaniyanın “Elche” klubunun üzvü Rizvan Umarovdu. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
