28 mart 2012 15:21
“Bizim üçün başqa yol yoxdu”
“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsinin bu gün keçiriləcək AZAL-la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandaların şansları bərabərdi. AZAL güclü komandadı. Əminəm ki, onlar bizimlə oyunun ilk dəqiqələrindən hücuma atılacaqlar. Rəqib futbolçular bizi keçəcəklərinə inanırlar. Çünki onların da mövsümü uğurla başa vurmaq imkanı var. Təbii ki, buna da ancaq kuboku qazanmaqla nail olmaq mümkündü. Buna görə də maraqlı oyun olacaq. Bizim üçün də başqa yol yoxdu. Mütləq rəqibimizi məğlub etməliyik”.

Qeyd edək ki, “Bakı” ilk oyunda qələbə qazanmışdı - 3:1.