28 mart 2012 15:46
“Azərbaycana necə qol vurduğumu görə bilmədim”
Futzal üzrə Rusiya yığmasının üzvü Sergey Sergeyev dünya çempionatına vəsiqə uğrunda Azərbaycanla ilk pley-off oyunundan danışıb. Azerisport.az xəbər verir ki, komandamızın qapısına vurulan üç qoldan ikisinin müəllifi olan oyunçu xüsusilə mübahisəli qoluyla bağlı bunları dilə gətirib:
“Düzünü desəm, heç necə qol vurduğumu görə bilmədim. Öncə ayağımdan güclü zərbə aldım, sonra da kürəyimdən. Lakin həmin epizodu şərh edə bilmərəm”.
“Düzünü desəm, heç necə qol vurduğumu görə bilmədim. Öncə ayağımdan güclü zərbə aldım, sonra da kürəyimdən. Lakin həmin epizodu şərh edə bilmərəm”.
