28 mart 2012 17:46
Lideri dayandıran tapılmır
Futbol üzrə Azərbaycan birinci divizionunda təxirə salınmış 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
"Şuşa" "Göyəzən"i darmadağınla yola salıb. "Şahdağ" da "Tərəqqi" üzərində qələbəyə sevinib. "Neftçala" "Energetik" səddini 5 qolla keçib. “MKT-Araz"ın qonağı olan lider "Qaradağ Lökbatan" minimal hesablı qələbə sayəsində üstünlüyünü davam etdirib. "Karvan" "Şəmkir"i darmadağın edib. "Lokomotiv" isə "Muğan"a uduzub.
Birinci divizion
16-cı tur
28 mart (çərşənbə)
Şuşa - Göyəzən – 3:0
Qollar: Hüseynəli Novruzov, 39; 63, Elvin Adışirinli, 51.
Hakimlər: Anar Niyazov, Elxan Əsgərzadə, Vüsal Qənbərov, Emil Müsadiq.
Bakı. "Şəfa" stadionu, IV meydança.
Şahdağ - Tərəqqi – 2:1
Qollar: Yusif Yusifzadə, 3, Fair Əmirquliyev, 73 - Xəlil Abbasov, 5.
Hakimlər: Elnur Muradov, Elvin Ağayev, Vüqar Bayramov, Elxan Müslümov.
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu.
Neftçala – Energetik – 5:1
Qollar: Aqşin Həşimov, 24, Aslan Hüseynov, 28; 74, Nurəli Abdullayev, 66, Qalib Əmrahov, 85 - Orxan Əlibalayev, 62.
Hakimlər: Fuad Həsənov, Ruslan Babayev, Həsən Babayev, Anar Fərəcov.
Neftçala. Nəriman Nərimanov adına şəhər stadionu.
MKT-Araz - Qaradağ Lökbatan – 0:1
Qol: Anar Hacıyev, 46, öz qapısına.
Hakimlər: Ceyhun Haşımov, Elşən Məmmədov, Hüseyn İmanov, İlqar Zeynalov.
İmişli. Heydər Əliyev adına şəhər stadionu
Karvan - Şəmkir – 4:1
Qollar: İsmayıl Məmmədov, 10; 84, Kənan Kərimov, 20, Murad Ağakişiyev, 47 - Ramin Babayev, 70.
Hakimlər: Ramil Diniyev, Habil Əliyev, Rasim Əhmədov, Etibar Həsənov.
Yevlax. Şəhər stadionu.
Lokomotiv – Muğan – 1:2
Qollar: Elhad Əhmədov, 16 - Rüstəm Babazərov, 63; 80.
Hakimlər: Tahir Əhmədov, Vasif Məmmədov, Elşən Acalov, Qorxmaz Eldarov.
Bakı FK-nın təlim-məşq bazası.
1
19
17
2
0
39-5
53
