28 mart 2012 18:14
Kavlak: Diqqətimizi çempionat oyunlarına yönəldəcəyik
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutmuş “Qarabağ”la görüşü şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı matçdan sonra bunları dilə gətirib:
“Oyun gərgin mübarizə şəraitində keçdi. İki oyunun nəticəsinə növbəti mərhələyə “Qarabağ” keçdi ki, onlar da buna layiq idilər. Matçın ilk yarısında yaxşı oyun nümayiş etdirdik. Amma fasilədən sonra “Qarabağ” topa daha çox nəzarət etdi. Növbəti oyunlarda “Qarabağ”a uğurlar arzulayıram. Bundan sonra bütün diqqətimizi çempionat oyunlarına yönəldəcəyik. Məqsədimiz yaxşı nəticə qazanıb Avroliqaya vəsiqə qazanmaqdı”.
