28 mart 2012 20:06
Böyükağa Hacıyev: Bu oyunda aparıcı futbolçularımıza istirahət vermişdik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutmuş “Kəpəz”lə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı matçdan sonra bunları dilə gətirib:
“Komandamızın gərgin qrafiklə oynamasını nəzərə alaraq, mən bəzi aparıcı oyunçularımıza bu gün istirahət vermişdim. Eyni zamanda Rail Məlikovla Ruslan Abışov da zədə səbəbindən meydana çıxa bilmirdilər. Bu üzdən də yenə gənclərə şans vermişdik. Onlara minnətdaram ki, bizi pis vəziyyətdə qoymadılar. Bütövlükdə, komandamın çıxışından razıyam. Mənim üçün yarımfinalda kiminlə oynamağın fərqi yoxdu. Onsuz da kimlə düşsək, onları məğlub etməyə çalışacağıq”.
