28 mart 2012 20:11
“Bizə bu qrafiklə oynamaq çox çətindi”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutmuş “Neftçi” ilə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı matçdan sonra bunları dilə gətirib:
“Neftçi”ni kubokun yarımfinalına çıxması münasibəti ilə təbrik edirəm. Onlar buna layiq idilər. Öz komandamın oyununa gəlincə, bizə belə qrafiklə oynamaq çox çətindi. Bu gün də yorğunluq öz sözünü dedi. Buna baxmayaraq, sona kimi mübarizə apardıq. Komandamın çıxışından razıyam. Təəssüf ki, növbəti mərhələyə çıxa bilmədik”.
