28 mart 2012 20:28
Yunis Hüseynov: Qələbəyə layiq oyun göstərdik
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutmuş “İnter”lə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı matçdan sonra bunları dilə gətirib:
“Yaxşı oyun keçdi. Cavab qarşılaşmasının çətin keçəcəyini bilirdik. Fikrimcə, qələbəyə layiq oyun göstərdik. İlk hissədə kobud səhvdən qol buraxdıq. Bundan sonra çempionatda liderlər qrupundan ayrılmamağa çalışacağıq”.
