28 mart 2012 20:46
Rafiq Mirzəyev: Bəzi futbolçularım formada deyildi
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutmuş “Bakı” ilə görüşü şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu matçdan sonra bunları dilə gətirib:
“İki hissə arasında böyük fərq varıydı. Bəzi futbolçularım formada deyildi. Rəqibi təbrik edirəm. Final oynamalarını arzulayıram”.
