29 mart 2012 00:02
Azərbaycan kuboku sahibini itirdi
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, bu mərhələnin cavab qarşılaşmalarının hamısı bir gündə baş tutdu.
“Qarabağ” Quzanlıda “Qəbələ”ni qəbul edirdi. Bu komandalar arasında Qəbələdə baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatdığından, “Qarabağ”a mərhələ adlamaq üçün istənilən hesablı qələbə ilə yanaşı, 0:0 və 1:1 hesablı heç-heçə də sərf edirdi. Ağdam klubu doğma meydanda istənilən nəticəni qazana bildi. Qurban Qurbanovun yetirmələri meydandan 0:0 hesablı heç-heçə ilə ayrılaraq, yarımfinala vəsiqə qazandılar. Lakin maraqlıdı ki, ağdamlılar bu rəqiblə cari mövsüm baş tutan beşinci oyunda da qələbəyə həsrət qaldılar. “Qəbələ” ilə görüşlərin birində uduzan “Qarabağ” qalan dörd görüşdə də heç-heçə ilə kifayətlənir.
Premyer Liqanın lideri “Neftçi” “Kəpəz”lə qarşılaşdı. “Neftçi” səfərdə 2:1 hesablı qələbə qazandığından qələbə, heç-heçə və 0:1 hesablı məğlubiyyətlə də mərhələ adlayacaqdı. “Kəpəz” isə ən azı iki top fərqi ilə qələbə qazanmalı idi. Bu səbəbdən oyun başlayan kimi irəli atılan Gəncə klubu 33-cü dəqiqədə Yuri Fomenko ilə hesabı açdı. “Neftçi” buna 48-ci dəqiqədə Bahodir Nasimovun qolu ilə cavab verdi. 80-ci dəqiqədə “Neftçi”dən Mirhüseyn Seyidov, “Kəpəz”dən isə Əli İsmayılov meydandan qovuldu. Bütövlükdə, rəqibinini optimal heyətlə oynamamasından istifadə edən gəncəlilər bu dəfə daha inamlı çıxışı ilə diqqət çəkirdilər. Lakin hər şeyə rəğmən, oyun 1:1 hesabı ilə başa çatdı və mərhələ adlayan da “Neftçi” oldu.
Premyer Liqada uğursuz çıxış edən “Bakı” da kubokun yarımfinalına çıxmağ bacardı. İlk oyunda 3:1 hesablı qələbə qazanan paytaxtın eyniadlı təmsilçisi arxayınlaşmayaraq, cavab oyununu da qələbə ilə başa vurdu. Hesabı 5-ci dəqiqədə Juninyo açdı. 45-ci dəqiqədə Nuqzar Kvirtiya meydandan qovulduğundan AZAL azlıqda qalıb. Lakin bu “təyyarəçilər”ə qol vurmaqda mane olmadı. 52-ci dəqiqədə Orxan Səfiyaroğlu rəqib qapısına yol tapsa da, “Bakı” heç-heçəyə də razılmadı. Son dəqiqələrdə Juninyo dubl edərək, komandasına qələbə qazandırdı.
Günün son oyununda isə “Xəzər Lənkəran”la “İnter” qarşılaşdı. Bu komandalar arasında Bakıda baş tutan oyunda “İnter” 3:2 hesablı qələbə qazandığından “bankirlər”ə mərhələ adlamaq üçün heç-heçə də sərf edirdi. “Xəzər Lənkəran” isə səfərdə 2 qol vurduğundan evdə 1:0 hesablı qələbə sayəsində də mərhələ adlaya bilərdi. 29-cu dəqiqədə “İnter” Baçana Tsxadadzenin qolu ilə hesabda önə keçdi. “Xəzər Lənkəran”ın bərabərlik axtarışları isə yalnız 82-ci dəqiqədə öz bəhrəsini verdi. Rendall Brenes rəqib qapısına yol tapdı. Lakin Lənkəran təmsilçisi bundan artığına nail ola bilmədi və oyun 1:1 hesabı ilə başa çatdı.
Bu nəticə “İnter”in yarımfinala adlaması üçün yetərli oldu. Nəticədə Azərbaycan Kuboku son qalibini – “Xəzər Lənkəran”ı itirdi. Maraqlıdı ki, ötən mövsüm kubokun finalında “Xəzər Lənkəran” məhz “İnter”i yenərək qalib adını qazanmışdı. “Bankirlər” isə bu zəfərlə həm də ötən ildən qalmaq qisaslarını almış oldular.
Sonda onu da bildirək ki, yarımfinaldakı cütlüklər də artıq məlumdu. Belə ki, finala çıxmaq üçün "Bakı" "Qarabağ"la, "İnter" isə "Neftçi" ilə mübarizə aparmalı olacaq. İlk oyunlar aprelin 18-də, cavab oyunları 25-də baş tutacaq.
Azərbaycan kuboku
1/4 final (cavab oyunları)
28 mart
QARABAĞ – QƏBƏLƏ - 0:0 (0:0)
İlk oyun – 2:2
Vərəqələr: Maksim Medvedev, 12 (qeyri-idman hərəkəti), Georgi Adamiya, 63 (qeyri-idman hərəkəti) - Mahir Şükürov, 23 (qeyri-idman hərəkəti), Ürfan Abbasov, 64 (qeyri-idman hərəkəti), Lyuba Baranin, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Yaşar Abbasov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
28 mart 2012. Quzanlı qəsəbə stadionu. 3000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov (18. İlqar Qurbanov, 90+2), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (9. Bəxtiyar Soltanov, 83), 77. Georgi Adamiya (4. Zaur Həşimov, 89).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 17. Vüqar Nadirov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi (22. Murad Hüseynov, 83), 10. Deon Burton (17. Arif İsayev, 85), 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 3. Vurğun Hüseynov, 21. Elmar Baxşıyev, 24. Tərzin Cahangirov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
AZAL – BAKI - 1:2 (0:1)
İlk oyun – 1:3
Qollar: Xavyer Junior Vilson, 5 (0:1), Orxan Səfiyaroğlu, 52 (1:1), Xavyer Junior Vilson, 85 (1:2).
Vərəqələr: Viktor İbekoyi, 6 (qeyri-idman hərəkəti), Ervin Bulku, 75 (qeyri-idman hərəkəti), Georgi Boqyu, 75 (qeyri-idman hərəkəti), Aqil Nəbiyev, 86 (qeyri-idman hərəkəti) - Lukas Mario Horvat, 64 (qeyri-idman hərəkəti), Cəmşid Məhərrəmov, 90+1 (qeyri-idman hərəkəti) – sarı. Nuqzar Kvirtiya, 45+1 (rəqibə bilərəkdən ayaqla zərbə endirdiyinə görə) – qırmızı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Anar Salmanov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Xəqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
28 mart 2012. Bakı. AZAL Arena. 300 tamaşaçı.
AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 8. Erin Bulku (13. Şəhriyar Rəhimov, 55), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benuahi (14. Orxan Səfiyaroğlu, 46), 15. Georgi Boqyu, 16. Branislav Arsenijeviç, 17. Viktor İbekoyi, 23. Tales Şütz.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 6. Mindauqas Daunoraviçyus, 7. Tərlan Xəlilov, 19. Hüseyn Axundov, 25. Tural Nərimanov.
Baş məşqçi: Rafiq Mirzəyev.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 8. Xavier Junior Vilson, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 30. Maris Verpakovski (99. Rəhman Hacıyev, 72), 77. Aleksandar Soliç (19. Nurlan Novruzov, 85), 98. Serxio Kontreras Pardo (36. Uinston Parks, 80).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 22. Tural Qürbətov, 25. Şəhriyar Əliyev.
Məşqçi: Novruz Əzimov.
NEFTÇİ – KƏPƏZ - 1:1 (0:1)
İlk oyun – 1:2
Qollar: Yuri Fomenko, 33 (0:1), Bahodir Nasimov, 50 (1:1).
Vərəqələr: Rəşad Abdullayev, 45+1 (qeyri-idman hərəkətinə görə), Rauf Mehdiyev, 71 (oyunun bərpasını gecikdirdiynə görə) - İon Arabadji, 29 (qeyri-idman hərəkətinə görə) – sarı, Mirhüseyn Seyidov, 79 (rəqibi təhqir etdiyinə görə) - Əli İsmayılov, 79 (bilərəkdən rəqibi əllə vurduğuna görə) – qırmızı.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Azər Əsgərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Murad Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
28 mart 2012. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1500 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 14. Bahodir Nasimov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev (22. Fərid Quliyev, 60), 27. Rəşad Abdullayev (k), 28. Emin Mehdiyev (8. Elşən Abdullayev, 73), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 17. Kənan Manafov, 24. Malik Babayev, 26. Kərim Diniyev, 29. İlham Allahverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Kəpəz: 88. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 17. Renat Sultanov, 8. Armand Feutçin, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 23. Junivan Suares, 2. Nail Məmmədov, 19. Zaur Əsədov, 9. Ceyhun Əhmədov, 14. Dmitri Parxaçov, 6. Vasif Əliyev.
Baş məşqçi: Fuad İsmayılov.
XƏZƏR LƏNKƏRAN – İNTER - 1:1 (0:1)
İlk oyun – 2:3
Qollar: Baçana Tsxadadze, 30 (0:1), Rendal Brenes, 76 (1:1).
Vərəqələr: Katalin Doman, 51 (qeyri-idman hərəkəti), Roberto Alviz, 63 (qeyri-idman hərəkəti) - Peter Xrappan, 31 (rəqibi əli ilə tutduğuna görə), Vladimir Levin, 72 (oyunun bərpasını gecikdirdiyinə görə) – sarı.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
28 mart 2012. Lənkəran şəhər mərkəzi stadionu. 8000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 8. Eder Bonfim, 11. Andrey Mureşan (9. Branimir Subaşiç, 75), 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara (7. Katalin Doman, 27), 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes, 81. Rikardo Qomes (10. Elnur Abdullayev, 39).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 12. Salif Ballo, 22. Antonio Semedo, 33. Stevan Bates.
Baş məşqçi: Yunis Hüseynov.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (14. Peter Zlatinov, 70), 8. Nizami Hacıyev (11. Asif Məmmədov, 83), 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (20. Girt Karlson, 89).
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 29. Əziz Quliyev, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
