30 mart 2012 01:58
İspaniya - Almaniya duelində birincilər güldü (YENİLƏNİB)
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, dörd görüşün hamısı eyni gündə baş tutub.
Qeyd edək ki, bu mərhələdəki iki duel Almaniya – İspaniya qarşılaşmasına səhnə olub. Belə ki, “Atletico” “Hannover”lə üz-üzə gəlib. Madriddəki qarşılaşmada meydan sahibləri gülən tərəf olublar. “Schalke”nin qonağı olan “Athletic” də rəqibini çətin səfərdə məğlub etməyi bacarıb.
Turnirin 1/4 finalında ən çox komandayla təmsil olunan İspaniyanın daha bir təmsilçisi – “Valencia” isə “AZ Alkmaar” ilə münasibətlərinə aydınlıq gətirib. Digər ispan klublarından fərqli olaraq, "Valencia" ilk oyundan məğlibiyyətlə ayrılıb. “Sporting” də Xarkov “Metallist”ini məğlub yola salıb.
Avropa Liqası
1/4 final (ilk oyunlar)
29 mart
Atletico (İspaniya) – Hannover (Almaniya) - 2:1 (1:0)
Qollar: Falkao, 9, Salvio, 89 - Diuf, 38.
AZ Alkmaar (Hollandiya) – Valencia (İspaniya) - 2:1 (1:0)
Qollar: Holman, 45, Martens, 79 - M.Topal, 51.
Schalke (Almaniya) - Athletic (İspaniya) - 2:4 (1:1)
Qollar: Raul, 22; 60 - Lyorente, 20; 73, Markos, 81, Muniain, 90
Sporting (Portuqaliya) – Metallist (Xarkov, Ukrayna) - 2:1 (0:0)
Qollar: M.İzmaylov, 51, İnsua, 64 - Xavyer, 90-pen.
