28 mart 2012 11:19
“Hər şey Neftçi ilə oyundan asılı olacaq”
“Qarabağ”ın hücumçusu Bəxtiyar Soltanov azerisport.az saytına müsahibəsində Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə bu gün keçiriləcək cavab oyunu öncəsi fikirlərini açıqlayıb.
- “Qəbələ” ilə cavab oyunundan nə gözləyirsiz?
- İlk oyunda biz bu komanda ilə heç-heçə oynamışdıq (2:2). Ona görə cavab oyunu da gərgin keçəcək. Bu komanda mövsümün ikinci hissəsinə çox yaxşı başlayıb. “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” kimi iddialıları məğlub edib. Çox təhlükəli rəqibdi. Amma biz evdə oynayacağıq. Hər ələ düşən şansdan yararlanmağa borcluyuq.

- “Qəbələ”nin heyətində kimi fərqləndirərdiz?
- Belə fikir formalaşıb ki, bu komandanın əsas oyunçuları Deon Bartonla Yannik Kamanandı. Amma mən belə deməzdim. Orda kifayət qədər təcrübəli və gənc oyunçular var.

- “Qəbələ” ilə oyundan sonra sizi daha bir çətin rəqib - “Neftçi” gözləyir. Bu həftəni sizin üçün həlledici saymaq olarmı?
- Müəyyən qədər həlledici olacaq. “Qəbələ” ilə oyunda bizim kubokdakı taleyimiz həll olunacaq. “Neftçi” ilə qarşılaşmada isə çempionluq şanslarımızı yaxşılaşdırmaq imkanı əldə edəcəyik. “Neftçi” haqda yalnız onu deyə bilərəm ki, hamı bu komandanı çempionluğa əsas namizəd hesab edir. Amma onlarla xal fərqimiz elə də çox deyil və bunu ikiyə endirmək mümkündü. Lakin istənilən halda “Neftçi” barədə “Qəbələ” ilə oyundan sonra düşünməyə başlayacağıq.

- Belə olan halda “Qarabağ”ın çempionluq şanslarını necə qiymətləndirirsiz?
- Fikrimcə, kifayət qədər yüksəkdi. Yenə də deyirəm ki, hər şey “Neftçi” ilə oyundan asılı olacaq.

- Keçmiş komandanız “Bakı” ilə son oyunda da qələbə qazanan tərəf “Qarabağ” oldu...
- Biz onlarla oyuna ciddi hazırlaşmışdıq. Hesab edirəm ki, daha yaxşı oynadıq, qələbəyə layiq idik. Əgər Koke penaltini vursaydı, hər şey tam fərqli ola bilərdi. Lakin mümkün idi ki, ondan sonra biz daha bir qol da vura bilərdik.
- Vaqif Cavadov da uzun fasilədən sonra bu oyunda fərqləndi...
- Vaqif məşqlərdə çox səylə çalışır. Komandada hamı ona əvvəlki formasını bərpa etmək üçün kömək edir. Düşünürəm ki, tezliklə biz əvvəlki Cavadovu görəcəyik. “Bakı” ilə oyundakı qol da göstərdi ki, o, düzgün yoldadı.