28 mart 2012 12:32
Bakıda qazanılan qələbə Aziz Yıldırımı ağlatdı
Türkiyənin qadın voleybolçulardan ibarət “Fenerbahçe” komandasının Bakıda keçirilmiş Çempionlar Liqasının “dördlər finalı”nda qazandığı qələbə klubun prezidenti Aziz Yıldırımı ağladıb. Azerisport.az xəbər verir ki, duyğusal anlar Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı keçirilən məhkəmə prosesində yaşanıb.
“Fənər”in kapitanı Səda Tokatlıoğlu məhkəmənin hakimi Mehmet Ekinciyə üzərində bütün komanda üzvlərinin imzası olan voleybol topu hədiyyə edib. Bu zaman məhkəmə zalında alqış səsləri ucalıb. Zalda olan klub rəsmiləri göz yaşlarına hakim ola bilməyiblər. Yıldırım isə müttəhimlərin olduğu bölümün kənarına gələrək bütün komandanı və məşqçilər heyətini təbrik edib. Bu zaman klub prezidenti də göz yaşları axıdıb.
Qeyd edək ki, “Fenerbahçe” üzvləri Çempionlar Liqasının kubokunu özləri ilə gətirsələr də, baş mükafat məhkəməyə buraxılmayıb.
