28 mart 2012 20:00

Azərbaycan kuboku: yarımfinal cütləri bəlli oldu (YENİLƏNİB)

Bu gün keçirilən Azərbaycan kubokunun 1/4  final mərhələsinin cavab oyunlarından sonra yarımfinalçılar bəlli olub. Azerisport.az xəbər verir ki, məhz bu oyunların ardından həm də finala vəsiqə uğrunda mübarizə aparacaq komandaların hansı cütlərə bölündüyü müəyyənləşib.
 
Belə ki, 1/2 finalda AZAL - "Bakı" cütünün qalibi "Qarabağ" - "Qəbələ" cütünün qalibi ilə görüşəcəkdi. Daha güclü çıxan "Bakı" və "Qarabağ" finala vəsiqə uğrunda bir-biri ilə mübarizə aparmalı olacaq.
 
Yarımfinaldakı digər maraqlı qarşılaşma isə əzəli rəqiblər “Neftçi” ilə “Xəzər Lənkəran”arasında baş tuta bilərdi. Bunun üçün 1/4 finalda "Xəzər Lənkəran" öz meydanında "İnter"dən (ilk oyun 2:3), "Neftçi" isə "Kəpəz"dən (2:1) üstün olmalıydı. "Neftçi" bunu bacarsa da, "Xəzər Lənkəran" eyni uğuru təkrarlaya bilməyib. Nəticədə, digər yarımfinal cütündə paytaxt derbisinin şahidi olacağıq.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprelin 18-də, cavab qarşılaşmaları isə aprelin 25-də baş tutacaq. Final oyunu isə mayın 17-də keçiriləcək.
 
Azərbaycan kuboku
Yarımfinal
 
Bakı - Qarabağ
İnter - Neftçi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.