28 mart 2012 13:18
Kaka: Elə olsaydı, Azərbaycan yığmasına gəlməzdim
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Kaka Rusiya ilə ötən gün keçirilən dünya çempionatına vəsiqə uğrunda ilk pley-off matçından (2:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Çoxlarının gözlədiyi kimi, cütün favoriti qələbə qazandı...
- Buna baxmayaraq, biz də qələbəyə çox ümid edirdik. Gördüyünüz kimi, cavab oyununa ümidimizi saxlamağı bacardıq. Şübhəsiz ki, cavab oyununda işimiz daha çətin olacaq. Amma həmin oyuna dağa yaxşı hazırlaşmaq, rəqibi bir qədər də yaxından analiz etmək imkanımız var. Hələ heç nə bitməyib və şansımız var.
- Hesab etmirsiz ki, komandamız matçın böyük hissəsində o qədər də yaxşı oynamadı?
- Razıyam ki, heç də yaxşı oyun keçirmədik. Hazırkı vəziyyətdə maksimum bacardığımız bu idi. Belə bir rəqiblə oyunda artıq nəyəsə ümid etmək çətindi. Rəqib çox təhlükəli olduğundan əks-hücumlara üstünlük verirdik. Amma göründüyü kimi, bu yolla da tam istəyimizə nail ola bilmədik.

- Nəzərə alsaq ki, 3 cavabsız qolla geridəydik, nəticədən razısız?
- Çox çətin sualdı. Məğlubiyyətdən razı qalmaq çətindi. Amma həqiqətən 2:3 3 cavabsız qolla uduzmaqdan daha yaxşıdı. Hər şey daha yaxşı başa çata bilərdi. Təbii ki, son saniyələrdə əldə etdiyimiz qol vəziyyətindən yararla bilsəydik.
- Tümendəki oyundan nə gözləyirsiz?
- Dediyim kimi, orda daha çətin olacaq. Lakin hər halda bizim daha yaxşı oyun göstərmək üçün çalışmağa vaxtımız var. Sona kimi mübarizə aparacağıq. Bizim hələ Rusiyaya göstərəcəyimiz nələrsə var.
- Dediyim kimi, orda daha çətin olacaq. Lakin hər halda bizim daha yaxşı oyun göstərmək üçün çalışmağa vaxtımız var. Sona kimi mübarizə aparacağıq. Bizim hələ Rusiyaya göstərəcəyimiz nələrsə var.
- Deməli, hələ də DÇ-yə qatılacağınıza inanırsız?
- Bizim DÇ-2012-yə yollanmaq şansımız var. Buna inanmasaydım, Azərbaycan yığmasının püşkdə Rusiya ilə düşməsini bildiyim halda Joze Alesionun təklifini qəbul etməz, “Neftçi”ni çalışdırmağa davam edərdim. Nə gücümü, nə də əsəblərimi itirmiş olardım.
- Bu oyun sizin yığmamızdakı debüt matçınız idi. Öz çıxışınızı necə qiymətləndirərdiz?
- Oyunum ilk növbədə baş məşqçinin, kollektivin, azarkeşlərin xoşuna gəlməlidi. Daha yaxşı oynaya bilərəm. Amma gərginlik çox yüksək idi. Çünki il yarım idi mən belə turnirlərdə çıxış etmirdim. Amma bütövlükdə, üzərimə düşən vəzifənin öhdəsindən gəldiyimi düşünürəm.