29 mart 2012 13:14
Yunis Hüseynov Xəzər Lənkərana istirahət vermədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyunundan sonra komanda üzvlərinə istirahət verməyib. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün doğma meydanda növbəti məşqə çıxıblar.
Qeyd edək ki, həftə sonu “Xəzər Lənkəran”ı “İnter”lə daha bir oyun gözləyir. Kubokda iki oyunun nəticəsinə görə bakılılara uduzan “ağ-yaşıllar” bu dəfə sözügedən komanda ilə Premyer Liqa çərçivəsinə münasibətlərinə aydınlıq gətirmiş olacaqlar.
